Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

İstanbulda etiraz aksiyası keçirilib


-
Fevralın 22-i axşam saatlarında İstanbulun mərkəzində etiraz aksiyası keçirilib.

Aksiyada polis gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edib.
Fəallar baş nazir Erdogan hakimiyyətinin ölkədə internetə nəzarətlə bağlı qəbul etdiyi qərara qarşı çıxıblar. Polis tərəfindən qovulan aksiya iştirakçıları mərkəzdəki Taksim meydanına toplaşıblar. İstiqlal küçəsində barrikadalar qurulub, etirazçılar zibil yeşiklərini yandırıblar.
Məhkəmənin qərarınadək veb-saytlara blok qoymağı mümkün edən qanun ölkə başçısı Abdullah Gul tərəfindən fevralın 18-də imzalanıb.

Aksiyanın bu gün də davam edəcəyi gözlənilir.

Etirazçılar Ankara və İzmirdə də aksiya planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG