Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47
Nəqliyyat naziri Ziya Məmmədov fevralın 28-də Goranboy şəhərində Goranboy, Yevlax, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı fevralın 26-da saat 9-dan 18-dək aşağıdakı ünvanlarda aparılacaq: Goranboy 19 saylı Yol İstismarı İdarəsi (Goranboy şəhəri, M.Müşfiq küçəsi, 1); Yevlax 18 saylı Yol İstismarı İdarəsi (Yevlax şəhəri, Nizami küçəsi, 10); Bərdə 28 saylı Yol İstismarı İdarəsi (Bərdə rayonu, Qaradağlı kəndi); Tərtər 29 saylı Yol İstismarı İdarəsi (Tərtər şəhəri, H.Əliyev prospekti, 96).

Günün bütün mövzuları

XS
SM
MD
LG