Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:18

Avro 2016-nın püşkatma mərasimi keçirilir


-
Fevralın 23-də 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Püşkatmada Azərbaycan millisinin də rəqibləri bəlli olacaq. Azərbaycan bu mərasimdə iki nəfərlə təmsil olunur. Bunlar AFFA-nın baş katibi Elxan Məmmədov və yığmanın almaniyalı baş məşqçisi Berti Foqtsdur.

2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib.

Ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginlik səbəbi ilə seçmə mərhələdə İspaniya ilə Cəbəllütariq, Rusiya ilə Gürcüstan, Azərbaycanla Ermənistan eyni qrupda yer ala bilməzlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG