Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

Gəncədə minik avtomobili sərnişin avtobusu ilə toqquşub, ölən var


-
Məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilir ki, Gəncə şəhəri, Kəpəz rayonunda "VAZ" markalı minik avtomobili ilə "İsuzu" markalı sərnişin avtobusu toqquşub.

Nəticədə, minik avtomobili ağır deformasiyaya uğrayıb, sürücüsü isə 1986-cı il təvəllüdlü Məmmədov Elşad Elnar oğlu hadisə yerində həlak olub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG