Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:43

«Yol polisindən sürücülərə bəd xəbər»


«Sovetski»
«Sovetski»
-
«MİTİNQ ETSƏLƏR, ONLARA BAŞA SALACAQLAR Kİ, NƏ İSTƏYİRSİNİZ?»

«Evlərin bir kvadratmetrinə 3000-4000 min manat istənilməsi kənardan gələn insanların irəli sürdüyü şərtdir, onların ideyasıdır. Belə şərtlər isə qeyri-realdır, həyata keçirilməsi mümkün deyil».

Bunu «Sovetski» məhəlləsi köçürülməsi ilə əlaqədar Mediaforum saytının suallarını cavablandıran Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyib:

«Onlardan soruşmaq lazımdır ki, siz bu ərazidə yaşamırsınızsa, burada nə gəzirsiniz? Marağınız nədir? Nə istəyirsiniz? Həmin şəxslər insanlarla normal ünsiyyət qurmağa, müzakirə aparmağa imkan vermirlər».

İcra başçısı bir kvadratmetrə 1500 manat kompensasiya verilməsini ədalətli yanaşma sayır.

İcra başçısı sakinlərin mitinq keçirəcəyi ilə bağlı yayılan məlumatla da münasibət bildirib:

- Hesab edirəm ki, artıq mitinq olmayacaq. Ona görə ki, onlarla iki dəfə görüş olub. Martın 3-də də suallarına cavab alacaqlar. Mitinq etsələr, haqsız mitinq olacaq. Mitinq etsələr, yəqin cavab veriləcək, onlara başa salacaqlar ki, nə istəyirsiniz?

- Kim başa salacaq?

- Dövlət başa salacaq. Bu işlər insanların şəraitini yaxşılaşdırmaq üçün həyata keçirilir. Dünyanın heç bir ölkəsində dövlət belə işləri öz üzərinə götürmür.
Foto: Arxiv
Foto: Arxiv
Əgər hansısa dövlətdə belə bir iş görülsə, oranın vətəndaşları ölkə prezidentini göz üstə saxlayarlar.

«YOL POLİSİNDƏN SÜRÜCÜLƏRƏ BƏD XƏBƏR»

«Son günlər Azərbaycanda sürücülərə yazılan balın ləğvi ilə bağlı məlumat yayılıb. Əslində isə hələ ki, bal sistemi ləğv olunmayıb. Sadəcə, bu barədə müzakirələr gedir. Bu səbəbdən də vətəndaşlar arasında yanlış fikirlər yayılıb».

Bunu ANS-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib:

«1 il ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər. Hətta bal sistemi ləğv olunsa da, sürücülər məsuliyyətdən azad olmur. Sürücü eyni qayda pozuntusunu 3 dəfə təkrarlayarsa, o, avtomatik olaraq sürücülük vəsiqəsindən məhrum edilə bilər. Kobud qayda pozuntusu sürücüləri məsuliyyətdən heç vaxt azad etmir».

«HAKİMİYYƏT BİR GÜLLƏ İLƏ BİR-NEÇƏ DOVŞAN VURMAQ İSTƏYİR»

«Xədicə İsmayılın prokurorluğa ifadə verməyə çağırılması yalnız araşdırmaçı jurnalistə qarşı deyil, bütövlükdə cəmiyyətə qarşı təhdid və qorxu yaratmaq məzmunu daşıyır».

«Azadlıq» qəzeti bu fikirlərin Milli Şura sədri Cəmil Həsənliyə məxsus olduğunu yazır.

Səməd Seyidov
Səməd Seyidov
«Burda hakimiyyət bir güllə ilə bir-neçə dovşan vurmaq istəyir. Ölkədə insanların özünü yandırması tendensiyasının çoxalması hakimiyyət yetkililərinə gündəmi dəyişmək zərurətini tövsiyə edir» - deyə Cəmil Həsənli bildirir.

ƏNƏNƏVİ TƏLƏBƏ BİLETİNDƏN İMTİNA

«Azərbaycan Dillər Universiteti növbəti tədris ilindən tələbə biletindən imtina etmək niyyətindədir».

apa-nın yazdığına görə, bunu Universitetin rektoru Səməd Seyidov deyib:

«Ali məktəb tələbələrinin tələbə bileti, təqaüd kartı, hansısa kitabxanaya getmək üçün lazım olan kartların hamısı ayrı-ayrı olur. Buna görə də tələbə cibində çoxlu kartlar gəzdirir. Bütün bunların qarşısını almaq üçün belə bir çıxış yolu düşünmüşük ki, sadaladığımız bütün kartların hamısı birində cəmləşsin. Bununla yanaşı, tələbələrin imtahan sessiyasının nəticələri, həmçinin fərdi planlar, universitet daxilində fəaliyyəti də həmin kartın sisteminə çevrilsin. Ona görə də universitetin daxilində internet yox intranet yaradılmalıdır. Bununla da tələbə dekanlığa, rektora, ümumiyyətlə heç kimə müraciət etmədən qiymətlərini, kəsrlərini, ödəniş haqlarını necə, nə vaxt vermək lazım olduğunu tam şəkildə biləcək».
XS
SM
MD
LG