Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:13

«ASAN xidmət» «kupça» verməyə başlayır


-
«ASAN xidmət» fevralın 22-dən mənzillərin ilkin çıxarışının («kupça») verilməsinə başlayır.

ANS-in məlumatına görə, bunu jurnalistlərə «ASAN xidmət»in rəhbəri İnam Kərimov deyib.

««ASAN xidmət»ə yeni xidmətlər əlavə olundu. Bu xidmətlər siyahısına mənzillərin ilkin çıxarışının verilməsi, o cümlədən fərdi yaşayış evlərinin, həyət evlərinin təkrar çıxarışının verilməsi də daxil edildi. Bu xidmətləri fevralın 22-dən «ASAN xidmət» həyata keçirəcək» - deyə Kərimov bildirib.

«ASAN xidmət» mərkəzləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılıb.

Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG