Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:26

Azərbaycanda yeni ədəbi mükafat təsis olundu


Şəmil Sadıq
Şəmil Sadıq
-

Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə, “Anamın Kitabı” Ədəbi Mükafatı təsis olunub.

Layihənin ideya müəllifi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Müsabiqənin Münsiflər Heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Layihə barədə danışan Ş.Sadiq bildirib ki, ədəbiyyatın bütün janrları və ədəbiyyat sahəsində elmi əsərlər üçün nəzərdə tutulan mükafatın Təşkilat Komitəsi bu il sadəcə pyesləri qəbul edəcək.

Müsabiqə hər il 21 fevral – Beynəlxalq Ana Dili günündən gec olmayaraq elan olunacaq, 1 avqust – Azərbaycan dili və Əlifbası Günündə yekunlaşacaq.

Builki müsabiqədə I yerin sahibinə min manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq.

Layihə müəllifini sözlərinə görə, ilk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilərək, mükafatlandırma günü ictimaiyyətə təqdim ediləcək.

“Anamın Kitabı” Ədəbi Mükafatı Hədəf Nəşrlərinin və “Kitabevim.Az” Kitab Mağazaları Şəbəkəsinin birgə layihəsidir.

Əlavə məlumat almaq və əsasnamə ilə tanış olmaq üçün: www.Kitabevim.Az,

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG