Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Ukraynada prezident və müxalifət razılığa gəlib


Adının çəkilıməsini istəməyən avropalı diplomat deyib ki, Ukrayna prezidenti və müxalifət liderləri qanlı münaqişəyə son qoymaqda razılığa gəliblər. Diplomatın sözlərinə görə, “müvəqqəti sənədin bu gün imzalanacağı gözlənilir”.

Diplomat əlavə edib ki, bu sənəddə vaxtından qabaq prezident və parlament seçkiləri, bəzi konstitusiya islahatları nəzərdə tutulur. Ancaq seçkilərin vaxtı hələ müəyyən olunmalıdır.

Məlumatı verən Almaniyanın DPA agentliyi bildirir ki, yeni müvəqqəti hökumət 10 gün ərzində yaradılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG