Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:15

Somalidə yaraqlılar prezident sarayına hücum edib


Somalidə intiharçı gödəkçəsi geyinmiş və avtomat silahla, qumbara ilə silahlanmış yaraqqlılar prezident sarayına hücum edib. Ancaq prezident saraydan çıxıb, gedə bilib.

Polis bildirir ki, hücum maşına qoyulmuş bombanın partlamağı ilə başlanıb. Prezident sarayının mühafizəçiləri yanğını söndürməyə çalışdığı vaxt yaraqlılar saraya hücum edib.
BMT-nin Somalidəki xüsusi nümayəndəsi Nick Kay bildirib ki, prezident Hassan Sheikh Mohamud ona zəng edib və sağ-salamat olduğunu deyib.

Əl-Qaida ilə əlaqəli olan Əl-Shabab qrupu Somalidə uzun illərdir ki, müharibə aparır.
XS
SM
MD
LG