Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:51
“Oğlumun qətli ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış cinayət işinin hökmündən narazı qaldığıma görə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. 1 ildir məhkəmə bizi süründürür. Nə marağı varsa, işi ləngidir, şikayətimizə baxmır”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə İmişlinin Qulubəyli kəndində yaşayan Qalib Nağıyev danışır.

Qalib Nağlyevin oğlu Mirnahid 2011-ci ilin iyulun 16-da odlu silahla qətlə yetirilib. Bu qətlə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsi iki nəfəri – Hənifə Əliyevlə İlham Əliyevi mühakimə edərək birinciyə 13 il 6 ay, ikinciyə 3 il 6 ay cəza kəsib. İstintaqın zərərçəkmiş kimi tanıdığı Qalib Nağıyev bu cəzaları yüngül hesab edərək hökmdən apellyasiya şikayəti verib:

"BİZİ GET-GƏLƏ SALIBLAR"

“Dövlət ittihamçısı da apellyasiya protesti verdi. 2013-cü ilin mart ayından bu günədək məhkəmə kollegiyası 27 dəfə məhkəmə baxışı keçirib. Hər məhkəmə iclası da 5-10 dəqiqə çəkib. Müxtəlif bəhanələrlə bizi get-gələ salıb”.

Qalib Nağıyevin sözlərinə görə, 2013-cü ilin əvvəllərində Şirvan Apellyasiya Məhkəməsi ilkin məhkəmə iclası keçirərkən qismən məhkəmə istintaqı ilə keçməsi barədə qərar qəbul edib. Ancaq keçirilən 27 məhkəmə iclasında heç bir istintaq aparmadı, heç kəsi dindirmədi. Lənkəran Ağır Cinayətlər Məhkəməsində dindirilmiş şahidlərin və oğlumun qətl işinə aidiyyəti olmayan başqa bir adamın məcburi məhkəməyə gətirilməsi barədə keçən ilin noyabr ayında başqa bir qərar qəbul etdi. Bir sözlə, məhkəmə hər dəfə bir qərar qəbul etməklə vaxt qazanır”.

Şirvan Apellyasiya Məhkəməsindən bildiriblər ki, apellyasiya şikayəti hakim Namiq Məmmədovun icraatındadır. Məhkəmə iclaslarının hər dəfə təxirə salınmasına səbəb dəvət olunmuş şahidlərin prosesə gəlməməsidir. Məhkəmə onlar barədə məcburi gətirilmə qərarı qəbul edib və yaxın vaxtlarda məhkəmə iclası keçiriləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG