Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:12

Gənc şairlərin II Beynəlxalq Forumu keçiriləcək


Foto: Arxiv
Foto: Arxiv
-
Martın 7-dən 9-dək Bakıda «Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqının (BGİ) təşkilatçılığı ilə Gənc Şairələrin II Beynəlxalq Forumu keçiriləcək.

Azərbaycan Yazıçılar Birliyinin yaydığı xəbərə görə, Forumda iştirak edəcək 30 ölkə üzrə gənc şairələrin seçimi artıq yekunlaşıb.

Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliyanı təmsil edəcək gənc şairələr də Foruma qatılacaqlar.

«Böyük İpək Yolu» BGİ 2013-cü ildə Bakıda gənc şairələrin birinci Beynəlxalq Forumunu təşkil etmişdi

Böyük maraq və rezonansa səbəb olmuş Forumda Avropa, Asiya, Afrikadan 20-dən çox gənc şair iştirak etmişdi.

«Böyük İpək Yolu» Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə «ən yaxşı layihə» mükafatına layiq görülmüşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG