Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:05

Yanukovych-ə "Putinin lakeyi" dedi - Yazar mövqeyi


Tanınmış fransız yazarı, filosofu Bernard-Henri Lévy Kiyevdə tökülən qana görə Soçi olimpiadasını boykot etməyə çağırıb.

Henri Lévy
Henri Lévy
-
Tanınmış fransız yazarı, filosofu Bernard-Henri Lévy Kiyevdə tökülən qana görə Soçi olimpiadasını boykot etməyə çağırıb.

O, “Le Monde” qəzetindəki məqaləsində iddia edir ki, Ukrayna hökumətinə tabe xüsusi təyinatlılar etirazçılara Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə hücuma keçiblər.

Levy düşünür ki, Qərb Ukrayna demokratlarını lazımınca müdafiə etmir. Vladimir Putinin hərəkətlərinə sərt reaksiya vermir:

“Özlərini elə aparırlar ki, sanki iki Putin var – biri qəddar çar, digəri dil-boğaza qoymayan natiq. Qəddar çar öz lakeyi Yanukoviçə insanları öldürmək əmri verir, dil-boğaza qoymayan natiq isə açıq ürəklə olimpiadanın faydasından dəm vurur”.

Levy hesab edir ki, “çirkli” Soçi olimpiadası ümumiyyətlə tarixə düşməyə layiq deyil.

Olimpiada fevralın 23-də başa çatır.

Bernard-Henri Lévy ictimai fəallığı ilə seçilən Qərb yazarlarındandır.

2011-ci ildə Benqazidə Liviya diktatoruna qarşı çıxan üsyançılarla görüşmüş, beynəlxalq aləmi onların qurduğu hökuməti tanımağa, NATO-nu Qəddafi rejimini devirməyə çağırmışdı.

O, hazırda Suriya lideri Bəşər Əsədə qarşı da kampaniya aparır, Suriyaya hərbi müdaxiləyə çağırır.

Bu il fevralın 9-da isə Levy Kiyevdə - Avromaydanda çıxış edərək etirazçıları dəstəkləyib və “Biz hamımız ukraynalıyıq” şüarı səsləndirib.

Ukraynanın Avropaya sıx inteqrasiyasını tələb edən etirazçılarla hökumət qüvvələrinin toqquşması zamanı 50-dən çox adam ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG