Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:05

Amerikanın Səsinin Bakıdakı müxbirinə hücum olub


Azerbaijan -- VOA Azeri Service journalist Tapdig Farhadoglu, Baku, 12Jun2013.
Azerbaijan -- VOA Azeri Service journalist Tapdig Farhadoglu, Baku, 12Jun2013.
Amerikanın Səsinin rəhbərliyi Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna qarşı edilən hücumdan narahatlığını ifadə edib.

Fevralın 20-də Bakı Dövlət Universitetinin (BDU) qarşısında keçirilən tələbə nümayişi zamanı Amerkanın Səsinin Bakıdakı müxbiri Tapdıq Fərhadoğluna fiziki hücum edilib. Hücumu törədən mülki geyimli şəxsin BDU mühafizə xidmətinin əməkdaşı olduğu güman edilir.

Həmin şəxs Tapdıq Fərhadoğlunun videokamerasını sındırmağa cəhd göstərmiş, sonra onu yumruq və təpiklə vurmuşdur. Amerikanın Səsinin veteran əməkdaşı olan Tapdıq Fərhadoğlu yüngül xəsarət aldığını bildirib.

Hücum baş verərkən Tapdıq Fərhadoğlu yüzlərlə tələbənin Bakı Dövlət Universitetindəki nümayişini videoya çəkirdi. Həmin nümayişdə tələbələr BDU-da həyata keçirilən yeni kredit sisteminə, habelə rüşvətxorluğa və korrupsiyaya etirazlarını bildiriblər.

Aksiya zamanı başqa jurnalistlərə də fiziki təzyiq göstərildiyi deyilir
XS
SM
MD
LG