Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:47
Avropa Birliyinin xarici işlər nazirləri “zorakılığa və aşırı güc tətbiqinə görə məsuliyyət daşıyan” Ukrayna rəsmilərinə sanksiya qoymaq barədə razılığa gəliblər.

İsveçin xarici işlər naziri Carl Bildt bildirib ki, belələrinə qarşı təcili olaraq bank hesabının dondurulması və səyahət qadağası kimi ölçülər götürüləcək.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton deyib ki, hökumət və müxalifət arasında dialoqun qurulması prezident Viktor Yanukovych-in üzərinə düşən əsas vəzifə olmalıdır.

Ashton deyib ki, xarici işlər nazirlərinin fövqəladə toplantısında Ukraynadakı son zorakılıqlar pislənib və Ukraynaya daxili repressiyalar üçün istifadə edilə biləcək avadanlıqların ixracının dayandırılması haqda razılıq əldə edilib.

Son günlər Kiyevdə baş verən toqquşmalarda 50-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG