-
"Qanun" nəşriyyatından 3 yeni kitab gəldi.
Cek London DƏMİR DABAN
Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Everqardla evlənir. Onlar müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək uğrunda mübarizə aparırlar.
Kitabda ABŞ-dakı oliqarxların hakimiyyəti "Dəmir daban" adlandırılır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.
Tərcümə: Yusif Əzimzadə
Haynrix Böll. HEKAYƏLƏR
Nobel mükafatı laureatı Haynrix Böll (1917-1985) dünya ədəbiyyatında daha çox irihəcmli romanlar müəllifi kimi tanınsa da, “ən çox sevdiyi ən cazibədar nəsr forması” hesab etdiyi hekayə janrında da gözəl nümunələr yaradıb.
Bu hekayələrdə özünün “yaddaşında əbədi olaraq dəhşətli, qanlı bir ölüm maşını kimi qalan” müharibə prosesinin özü deyil, əsasən, onun törətdiyi nəticələr, insanı həm fiziki, həm də mənəvi cəhətdən necə şikəst etdiyi təsvir olunur.
Alman dilindən tərcümə: Vilayət Hacıyev
Cecelia Ahern. P.S. I LOVE YOU
İrlandiya baş nazirinin qızı Seselia Ahern Avropa məhəbbət romanının yeni ulduzudur. Onun kitabları – superbestsellerləri təxminən əlli dilə tərjümə olunub.
Debüt romanı olan "P.S. Mən səni sevirəm" satışa çıxan kimi Britaniya reytinqlərində "Da Vinçi şifrəsi"ni ötdü və Seseliaya dünya şöhrəti qazandırdı.
"P.S. Mən səni sevirəm" bestselleri sevginin ölümdən güjlü olması haqqında müasir bir hekayətdir.
Tərcümə: Fizzə Heydərli