Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Xədicə İsmayıl 3-cü dəfə ifadə verdi. İstintaqı restoran maraqlandırır


-
AzadlıqRadiosunun müxbiri Xədicə İsmayıl fevralın 20-də ifadə vermək üçün 3-cü dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə gedib.

2 saatdan çox ifadə verən Xədicə İsmayıl AzadlıqRadiosuna bunları söylədi:

«Bu dəfə müstəntiq «Art Garden» restoranındakı görüşlə bağlı suallar verdi. Dedilər ki, istintaqa belə məlumat daxil olub ki, siz həmin restoranda iki amerikalıya dövlət sirri ötürmüsünüz. Çoxlu detallı suallar verildi-necə getmisən o restorana, görüş kimin təşəbbüsü ilə olub, birinci hara getdim, ikinci hara getdim və s. Dedilər ki, sən həmin görüşdə dövlət sirri ötürmüşəm. Dedim ki, mən dövlət sirri ötürməmişəm, çünki mən dövlət sirlərinə malik deyiləm. O görüşdə də qeyri-adi bir şey olmayıb».

Xədicə İsmayıl «facebook»dakı «Mustafa Kozlu» profilindən yayılan məlumatları müstəntiqə təqdim etdiyini deyir:

«Həmin sənədlərin «facebook»da məndən 3 il əvvəl yayıldığını söylədim. Maraqlıdır ki, o sənədi müstəntiqə təqdim edəndə, o dedi ki, bunlar o qədər də əhəmiyyət daşımır. Cinayət işinin açılmasında məqsəd dövlət sirrinin yayılmasını araşdırmaqdırsa, onda bu məlumatlar, məncə, onlar üçün əhəmiyyət kəsb etməlidir. Yox, məqsəd məni incitməkdirsə, onda ola bilsin ki, həmin sənədlər əhəmiyyətli deyil. Amma mən hələ də ümid edirəm ki, prokurorluq orqanlarının məqsədi məni incitmək deyil, dövlət sirrinin yayılması haqqında məlumatları araşdırmaqdır».

Xədicə İsmayıl fevralın 21-də yenidən istintaqa dəvət olunub.

XƏDİCƏ İSMAYILDAN NƏ İSTƏYİRLƏR

Xədicə İsmayıl fevralın 17-də öz «facebook» səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə iş açılıb.

Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir. Həmin sənəd 2011-ci ilin oktyabrında «facebook»da «Mustafa Kozlu» profilindən də yayılıb.

O vaxt həmin sənəd dəfələrlə sosial şəbəkələrdə paylaşılıb və müzakirə olunub.

Bu məlumatı yayan şəxs o vaxt məsələ ilə bağlı cinayət işi açıldığını və MTN arxivində çalışan iki nəfərin işdən çıxarıldığını qeyd edir.

Xədicə İsmayıl prezident ailəsinin biznesi haqda araşdırmalar dərc edəndən sonra dəfələrlə təzyiqlərə məruz qalıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG