Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Kiyev meri hakim partiyadan istefa verdi


Foto arxiv
Foto arxiv
Kiyev meri ölkədə gedən qanlı toqquşmalara görə hakim partiyadan istefa verib.
Jurnalistlər təkcə bu gün Kiyevdə azı 17 nəfərin öldüyünü xəbər verirlər.Səhiyyə nazirliyi isə 2 polis də daxil olmaqla 7 nəfərin öldüyünü bildirir.

Aksiyaçılar polisə daş və yandırıcı butulkalar atıb, öz növbəsində polis rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.Məlumatlara görə toqquşmalarda döyüş güllələrindən də istifadə edilib.

Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Kiyevdə prezident Yanukovychlə görüşüblər.Onlar sonra Abropa Birliyi ölkələrinin görüşünə qoşulmaq üçün Brüsselə yollanacaqlar.Brüsseldə son hadisələrə görə Ukraynaya qarşı sanksiyaların mümkünlüyü müzakirə olunacaq.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukashevic isə vəziyyətə xaricdən müdaxilə etməməyə çağırılb.


Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.
XS
SM
MD
LG