Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

«2 ildir qazancımıza «hasar» çəkilib»


Azerbaijan -- Rashid Sherif's cartoon (zebra)

Azerbaijan -- Rashid Sherif's cartoon (zebra)

-
“Bakı-Astara yolunun üstündəki obyektimin qarşısı elə hasarlanıb ki, obyekt görünmür. 2 ildən çoxdur gəlirim kəsilib, müflisləşmişəm”.

Biləsuvarlı sahibkar Vüqar İsayev AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edib ki, icra başçısı Biləsuvar - Astara yolunun kənarında yerləşən və sahibkarlara məxsus olan obyektlərin qarşısını hasarlatdırıb. Bununla da sahibkarlar qazancdan məhrum olublar.

Vüqar İsayevin sözlərinə görə, yol kənarında vaxtilə tikdirdiyi obyektdən uzun illər yeməkxana və çayxana kimi istifadə edirmiş:

"ƏVVƏL İŞIQLARI KƏSDİLƏR, SONRA DA BAŞLADILAR HASARLAMAĞA"

“Əvvəl gəlib işıqları kəsdilər. Ora-bura şikayət edəndən sonra təklif etdilər ki, pul yığıb özümüz yenidən işıq çəkdirək. Əlacsız qalıb çəkdirdik. Bundan sonra başladılar yol kənarını hasarlamağa. 3-4 metr hündürlüyündə hasarlar çəkdilər. Obyektlərə isə yol qoymadılar. Gündəlik qazanc mənbəyimiz olan maşın təmiri sexləri, yeməkxanalar, çayxanalar hasarın arxasında qaldı. İşlək obyekt idi. O yol cənub rayonlara gedən yollardır. Hər gün xeyli müştərimiz olurdu. Tək mən deyiləm, məndən başqa xeyli sahibkar var ki, eyni zərbə onlara da dəyib. Şəxsən mən obyekti işlətmək üçün banklardan götürdüyüm kreditləri nəinki ödəyə bilmirəm, faizi içərisində itib-batmışam. nəfərlik ailəni də tək saxlayıram”.

Biləsuvar rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsindən isə bildirilib ki, həmin obyektlər Astara magistral yolunun üstündə olduğundan, yollarda və kənarlarında abadlaşma işləri başlananda sahibkarlara da obyektlərini abad etmək tapşırılıb. Bəziləri tapşırığı yerinə yetirsə də, bəzi sahibkarların obyektləri əvvəlki vəziyyətdə qalıb. Qurumdan onu da bildiriblər ki, obyektlərə giriş-çıxış yolları qoyulub.

Vüqar İsayev deyir, məhkəməyə müraciət edib hasar çəkiləndən indiyədək itirdiyi gündəlik qazanclarını tələb edəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG