Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Fərhad Əliyev Azərbaycana qayıdıb


-
Həbsdən çıxandan sonra Böyük Britaniyaya yollanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycana qayıdıb.

Sabiq nazirin yaxınlarına istinadən bu barədə “Media forum” saytı məlumat yayıb.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra Londonda təhsil alan oğlu Yusiflə görüşmək üçün ölkəni tərk etmişdi.

2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də əfv olunub.
XS
SM
MD
LG