Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:57
-
“Kəndimizin yeganə giriş-çıxış yolu bərbad gündədir. Bu yolları İpək yolu çəkən bir Türkiyə şirkəti belə vəziyyətə salıb. Bu yol kəndi rayonla bağlayan yoldur. Darmadağın ediblər”.

Lənkəranın Ləj kəndinin sakini Azər Əliyev AzadlıqRadiosunun “Qaynar xətt”inə kəndlə Haftuni qəsəbəsini birləşdirən yoldan şikayət edib. Deyir, 1 ildən çoxdur ki, İpək yoluna görə işləyən ağır tonajlı maşınlar yolu pis günə qoyub:

“Yağışda iş dayandırılmalıdır. Ancaq dayandırmırlar. Palçıq basıb yolu dağıdır”.

SEÇKİLƏR BİTƏN KİMİ VƏDLƏR DƏ YADDAN ÇIXIR

Kənd sakini deyir, yolun əvvəllər də təmirə ehtiyacı olub. Ancaq lap bu vəziyyətdə olmayıb. Hər seçkiqabağı yerli məmurlar kəndlilərə yolu təzələyəcəklərini vəd edirlər:

“Oktyabrdan əvvəl gəldilər ki, yollarınız düzələcək. Keçən deputat seçkilərində də belə bir vəd vermişdilər. Ancaq seçkilər bitən kimi söhbət də bağlanır. Bu yuolla Lejdən Haftuniyə, ordan da rayon mərkəzinə gedirik. Yəni rayon mərkəzinə getməyimiz üçün bu yoldan keçməliyik”.

Lənkəran rayon icra hakimiyyətindən bildiriblər ki, İpək Yolunun çəkilişinə görə aparılan işlərlə əlaqədar ­sıradan çıxan yollar tədricən bərpa olunur. Ləjlə Haftunini birləşdirən iki kilometrlik yolun bərpası da nəzərdədir. Ancaq bu, yaxın vaxtlarda işlər başa çatandan sonra baş tutacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG