Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 19:51

Xalq artisti vəfat edib


Firəngiz Şərifzadə
Firəngiz Şərifzadə
-
Azərbaycan teatrına ağır itki üz verib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifova uzun sürən xəstəlikdən sonra fevralın 20-də vəfat edib.

Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü il fevralın 6-da Azərbaycan Teatrının korifeyləri - Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gəlib.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz
yaşında “Oqtay Eloğlu”nda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib.

1938-ci ildə Abbas Mirzə “xalq düşməni” adlandırılaraq güllələnir. Firəngiz anası Mərziyə xanımın himayəsində böyüyür.

1941-ci ildə ailə dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub.

1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub, iki il sonra Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb və tezliklə teatrın aparıcı aktrisalarından biri olub.

1960-cı il may ayının 5-dən 1965-ci il aprel ayının 1-nə qədər Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirən aktrisa qısa zaman çərçivəsində parlaq sənət hadisəsinə çevrilən obrazlar yaradıb.

Firəngiz xanım 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2011-ci ilin sentyabrın 1-dək - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər doğma Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

Firəngiz Şərifova 1960-cı ildə Əməkdar Artisti, 1969-cu ildə Xalq Artisti fəxri adlarına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Firəngiz Şərifova gənc yaşlarından “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Qaraca qız” (Yasəmən), “Bir ailəlik bağ evi” (Ana), “Bayquş gələndə” (Nənə), “Qərib cinlər ölkəsində” (Tükəz), “Qətl günü” (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib.

Canlandırdığı obrazların yüksək bədii dəyəri və ifa etdiyi rolu özününküləşdirmək bacarığı istedadlı aktrisanı xalqın sevimlisinə çevirib.

Bu il fevralın 6-da Firəngiz xanım 90 yaşını sənət dostları ilə birgə qeyd etmişdi.

Teatr əmindir ki, Firəngiz Abbasmirzə qızı Şərifovanın xatirəsi onu tanıyanların qəlbində uzun müddət yaşayacaq.

Mərhumla vidalaşma mərasimi bu gün saat 15.00-də Aktyor Evində keçiriləcək.
Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG