Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:39
-
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

AYB Mətbuat Xidmətinin yaydığı xəbərə görə, bu barədə qərar Əskişəhərdə keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dünənki toplantısında qəbul olunub.

Konqresin açılış mərasimində çıxış edən TÜRKSOY sədri Düsen Kaseinov Türk Şurasına üzv ölkələrin Yazarlar birlikləri arasında işbirliyinin genişlənməsi zəruriliyini vurğulayıb.

O, qeyd edib ki, mənəvi dünyamızın zənginləşdirilməsindən ötrü Yazarlar birlikləri arasında TÜRKSOY nəzdində ortaq bir qurumun yaradılmasına qərar türkdilli ölkələrin dövlət başçılarının 2012-ci ilin avqustunda Bişkekdə keçirilən zirvə toplantısında verilmişdi.

Sonra tədbirdə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin yaradılması barədə müzakirələr aparılıb və təsis protokolu imzalanıb.

Azərbaycanın Xalq yazıçısı Anar qurumun ilk başqanı seçilib.

Konqresdə, eləcə də, Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü də təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG