Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03

Baş prokurorluq 282 min manatlıq korrupsiya faktı aşkarlayıb


-
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Dövlət Baytarlıq Xidmətinin Təchizat Birliyində korrupsiya faktı aşkarlayıb.

Baş prokurorluğun yaydığı məlumata görə, korrupsiya faktı Hesablama Palatasından daxil olan materialların araşdırılması zamanı üzə çıxıb.

Məlumatda qeyd edilir ki, birliyin vəzifəli şəxsləri 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214 min manatı mənimsəyiblər.

Bundan başqa Dövlət Baytarlıq Xidmətinin rəisinin müavini də 68 min manat vəsaiti mənimsəməkdə şübhəli bilinir.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG