Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

Kazaklar rokçulara hücum edir (Video)


-


Rusiyada - olimpiadanın keçirildiyi Soçi şəhərində kazak dəstəsi hökumətə etiraz edən rokçuların aksiyasını dağıdıb.

"Pussy Riot" qrupunun keçmiş üzvləri Nadezhda Tolokonnikova, Maria Alyokhina və başqa ictimai fəallar olimpiada bannerinin qarşısında Putinə qarşı şüarlar səsləndirəndə kazaklardan ibarət milis dəstəsinin hücumuna məruz qalıblar.

Kazaklar onları qamçılamağa başlayıblar. Üzlərinə bibər qazı fısqırdıblar.

Tolokonnikova, qaz gözünə problem yaratdığı üçün xəstəxanaya aparılıb.

Kazaklar Soçidə ictimai asayişi qorumağa cəlb ediliblər.

Fevralın 18-də isə "Pussy Riot"çuları oteldən oğurluğa görə sorğu-sual etmək üçün polis bölməsinə aparmışdılar.

Tolokonnikova və Alyoxina 2013-cü ilin sonunda amnistiya əsasında azadlığa çıxıblar.

Onlar Moskvadakı kilsədə prezident Putinə qarşı mahnı oxuyandan sonra tutulmuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG