Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:56

Obama Ukraynadakı zorakılıqları pislədi


-

ABŞ prezidenti Barak Obama Ukraynada baş vermiş son zorakılıqları pisləyib.

Obama deyib ki, ABŞ həm avropalı tərəfdaşları, həm də Ukrayna hökuməti, müxalifəti ilə işləyirdi ki, ölkədə zorakılıqlara son qoyulsun. Və bu prosesdə dinc nümayişçilərlə uyğun şəkildə davranılmasını hökumətin boynuna düşən vəzifə sayırdı. Çalışırdı ki, Ukrayna xalqı repressiyadan qorxmayaraq toplaşa, öz fikrini deyə bilsin.

Obama bildirib ki, ABŞ yaxın günlərdə Ukraynada vəziyyəti diqqətlə izləyəcək. Baxacaq ki, Ukrayna hökuməti dinc nüşayişçilərə münasibətdə zorakılıqdan çəkinirmi. Amma ABŞ prezidenti nümayişçilərin də öz fikirlərini dinc şəkildə ifadə etməsinin vacib olduğunu qeyd edib:

"Biz vəziyyəti diqqətlə monitorinq edəcəyik, əgər orada kimsə qırmızı xətti keçəcəksə, beynəlxalq ictimaiyyət və avropalı tərəfdaşlarımızla birgə buna cavab reaksiyası olacaq".
XS
SM
MD
LG