Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Yanukovich orduya yeni komadan təyin edir.


Ukraine July 28, 2013. Russian President Vladimir Putin and Ukrainian President Viktor Yanukovych (R) on a boat during festivities on Navy Day celebrated in Ukraine and Russia, Sevastopol, July 28, 2013.

Ukraine July 28, 2013. Russian President Vladimir Putin and Ukrainian President Viktor Yanukovych (R) on a boat during festivities on Navy Day celebrated in Ukraine and Russia, Sevastopol, July 28, 2013.

Ukrayna prezidenti Viktor Yanukovyich fevralın 19-da Ukrayna Silahlı qüvvələrinin rəhbərini dəyişib. Ölkə hərbi dəniz donanmasının komandanı, admiral Yuriy İlin indi ölkənin bütün Silahlı qüvvələrinə rəhbərlik edəcək. Bu vəzifəni tutan Vladimir Zaman Təhlükəsizlik Şurası rəhəbərinin müavini təyin olunub.

Fevralın 19-da Müdafiə nazirliyinin saytında belə bir bəyanat yayılmışdı ki, terrora qarşı mübarizə çərçivəsində Silahlı qüvvələrə geniş səlahiyyətlər verilib. Bir gün əvvəl ölkədə belə bir əməliyyatın keçirilməsi haqda məlumatı Ukraynanın təhlükəsizlik xidməti elan etmişdi.
Lakin tez bir zamanda Müdafiə nazirliyi bəyanatı veb saytdan çıxarıb onu yeni mətnlə əvəz etdi.

Redaktə olunmuş bəyanatda söhbət artıq səlahiyyətlərdən deyil, antiterror əməliyyatına hazırlıq tədbirlərindən gedirdi.

Müxalifət Yanukovychin yeni təyinatını ölkədə fövqəladə vəziyyət tətbiq etmək cəhdi kimi qiymətləndirir. Konstitusiyaya görə, Silahlı qüvvələrin səlahiyyətlərini ancaq parlamentin təsdiqindən sonra dəyişmək olar. Bunun üçün isə, ekspertlərin fikrincə, Ukrayna prezidenti Ali Radada kifayət qədər səs toplaya bilməyəcək.
XS
SM
MD
LG