Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Fransa Ukraynadakı hadisələrə görə cavabdehlik daşıyanlara qarşı sanksiyaların tərəfdarıdır


Francois Hollande
Francois Hollande
Fransa prezidenti Fransois Hollande Ukraynada baş verən zorakılıq və toqquşmalara görə cavabdehlik daşıyan şəxslərə qarşı sanksiya tətbiq edilməsini istəyir.O bunu çərşənbə günü Parisdə Almaniyanın kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Merkel isə bildirib ki, Avropa Birliyi Ukraynadakı böhranın siyasi yolla həllinin tərəfdarıdır.

Ukraynanın Təhlükəsialik Xidməti azı 26 nəfərin ölümü ilə nəticələnən son hadisələrlə bağlı antiterror əməliyyatına başlandığını bəyan edib.Xidmətin rəhbəri Aleksandr Yakimenko son bir neçə gün ərzində cinayətkarların əlinə 1500 silah və 100 minədək patron keçdiyini deyir.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Ukraynadakı hadisələrə görə xarici işlər nazirlərinin təcili iclasını çağırıb.Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosu Ukraynada baş verənlər zorakılıqları kəskin pisləyib.

Qeyd edək ki, Ukraynada baş verən son toqquşmalarda azı 26 adam ölüb.
Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.
XS
SM
MD
LG