Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Paulo Coelho-nun daha bir romanı Bakıda çap edildi


-

"Qanun" nəşriyyatı populyar Braziliya yazıçısı Paulo Coelho-nun "Veronika ölməyə qərar verir" romanını Azərbaycan dilində çap edib.

Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir.

Bu qərarını o, iki cür əsaslandırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür.

Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır.

İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur...

Günün bütün mövzuları

XS
SM
MD
LG