Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21
-

Qəşəm Nəcəfzadə


“SOVETSKİ”DƏ BAKI ÖLÜR


“Sovetski”də Bakı ölür,
Əvvəl Böyük Vətən Müharibəsi
Qırmışdı buranı.

Şəkil asılmış mismar
Mismar vurulmuş divar
Divar vurulmuş keçmiş
Yıxılır.

Müasirlik keçmişə dağ çəkir
Heç vaxt görünməyən evlərin içi
Indi çöl kimi görünür.
Evlər sökülür,
Elə bil adamlar sökülür...

Sahibi məhləyə atılmış köhnə yataq
Dəstindən utanır.
Gecə xatirələrinin üstü açıqdı,
Bu xatirələri cavan uşaqlar da
Duyur.
Ona görə də kişi götürüb baltanı
əzir divanı.
Tik-tikə doğrayır ki,
Nəyə oxşayır oxşasın,
Təki yataq dəstinə oxşamasın.

Yıxılmış divarın birini qaldırsan
Bakıdı,
Götürüb bir taxtanı aşırsan
Kişidi,
Ekskavatorun qaşıq çalovu ilə
Qarışdırdığı mətbəx qadındı.

Qalın divarları toza çevirib
Söz-söz yığırlar maşına.
Qədim qapıları, pəncərələri,
Pilləkənləri addım-addım, tay-tay,
Göz-göz yığırlar maşına.
Zir-zibilin içindən ay parçası tək
Qadın əlləri yellənir.

Yer kimi tərpəndi maşın
“Sovetskini” boşaltdılar
Bayıldakı neft gölməçilərinə,
Üstündə bic doğulan evlər tikdilər.

Gərək müasirlik belə etməsin,
Özünə bəraət kimi
Keçmişi bir az qorusun.

Amma müasirlik
Arı kimi vızıldayır.

2005-ci il

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG