Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Cəmil Həsənli: «Korrupsiyanın başında İlham Əliyev dayanır»


Cəmil Həsənli

Cəmil Həsənli

-
«Ölkədəki özünüyandırmalar həm də İlham Əliyev idarəetməsinin ərşə dirənən alovudur».

Bunu fevralın 19-da Milli Şuranın növbəti sessiyasında Şuranın sədri Cəmil Həsənli söyləyib.

O deyib ki, simasını və etimadını itirən hakimiyyət ölkənin və xalqın maraqlarını qorumaq iqtidarında deyil:

«Ölkədə korrupsiyaya qarşı sözdə mübarizə elan edilir, reallıqda isə heç bir ciddi nəticə yoxdur. Çünki ölkədə korrupsiyanın başında İlham Əliyev dayanır».

Milli Şura sədrinin fikrincə, hazırda həbsxanalarda 140 siyasi məhbus var.

ƏLİ KƏRİMLİ: «XƏDİCƏ İSMAYILDAN ƏL ÇƏKİN»

«Azərbaycan hakimiyyətinin cinayət xarakterli əməlləri o qədər çox və sürətlə baş verir ki, insanların çoxu artıq bu səpkili məlumatlara reaksiya bildirmir, adi yanaşır. Lakin ölkə müxalifəti, Milli Şura üçün bu belə olmamalıdır».

Bunu iclasda AXCP sədri Əli Kərimli deyib.

AXCP sədri AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılla bağlı baş verənlərdən də danışıb. Deyib ki, jurnalist İlham Əliyev və ailəsi ilə bağlı korrupsiya araşdırmalarına görə hədəfə alınıb:

«Hakimiyyətdən tələb etməliyik ki, əgər sosial şəbəkələrdəki o sənəd doğrudursa, milli təhlükəsizlik naziri istefa versin, yox, doğru deyilsə, onda Xədicə İsmayıldan əl çəksinlər».

Əli Kərimli «Sovetski» məhəlləsində baş verənlərə də toxunub. Bildirib ki, hökumətin az da olsa geri çəkilməsi məhəllə sakinlərinin təşkilatlanmasına görədir:

«Hakimiyyətin mesajı budur ki, insanlar öz haqları uğrunda ayrı-ayrı mübarizə apardıqca, heç bir nəticə əldə etməyəcəklər. Problemi ortaya təşkilatlanmış güc qoymaqla aradan qaldırmaq olar».

Günün bütün mövzuları

XS
SM
MD
LG