Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:15
-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan vətəndaşlarını Ukraynada yaranmış vəziyyətlə bağlı bu ölkəyə getməməyə çağırıb.

Azərbaycan, Türkiyə, Gürcüstan xarici işlər nazirlərinin Gəncədə keçirilən üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında E.Məmmədyarov deyib ki, Ukraynada sabitliyin bərpası ölkə və region üçün vacibdir.

Nazir Azərbaycan vətəndaşlarını Ukraynaya səfərlərdən çəkinməyə, orada olanları isə adamların kütləvi toplandıqları yerlərdən kənarlaşmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG