Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashton Ukraynadakı hadisələrə görə xarici işlər nazirlərinin təcili iclasını çağırıb.O bildirib ki, represiya və insan haqlarının pozulmasına görə cavabdeh olan şəxslərə qarşı saknsiyalar da daxil olmaqla bütün mümkün imkanlar araşdırılmalıdır.

Həmçinin Avropa Komissiyasının prezidenti Jose Manuel Barrosu Ukraynada baş verənlər zorakılıqları kəskin pisləyib.

Qeyd edək ki, Ukraynada baş verən son toqquşmalarda azı 25 adam ölüb.

İsveçin xarici işlər naziri Karl Bildt qan tökülməsinə görə Ukrayna prezidenti Viktor Yanukovychi günahlandırıb.

Rusiyanın xarici işlər nazirliyi isə Ukraynadakı son hadisələri hakimiyyətin zorla zəbt edilməsinə cəhd adlandırıb.

Kremlin mətbuat katibi Dimitri Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı ukraynalı həmkarı Viktor Yanukovychə telefon açıb.Pekskov deyir ki, Moskva Ukraynadakı hadisələrə müdaxilə etmək fimrində deyil.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG