Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Ukrayna toqquşmalarında bir azərbaycanlı güllə yarası alıb


-
Ukraynada baş verən hadisələr zamanı azərbaycanlı Murad İbrahimov güllə yarası alıb. Murad İbrahimov etiraz aksiyasında iştirak etdiyi zaman çiynindən yaralanıb.

Bu barədə AzadlıqRadiosuna Ukraynada yaşayan azərbəycanlı Samir Talışxanov məlumat verib. Onun dediyinə görə, Murad İbrahimov Bakıda doğulsa da, hazırda Ukrayna vətəndaşıdır.

“O, bir neçə ildir Ukraynada bizneslə məşğul olurdu. 26 yaşlı Murad İbrahimov Ukrayna Oyanış Hərəkatının üzvüdür. Avromaydan hərəkatının fəal iştirakçısı olub” – deyə Samir Talışxanov əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG