Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:12

Pkokurorluq jurnalist Xalid Kazımlıya xəbərdarlıq etdi


-
Fevralın 19-da “Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırılıb.

Xalid Kazımlı şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb. Fazil Həsənəliyev baş redaktora bildirib ki, fevralın 18-də “Musavat.com” saytında yerləşdirilmiş “Günün fotosu: harın oğulun qəzası” başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. O, bunun yolverilməz olduğunu bildirib.

Daha sonra baş redaktora xəbərdarlıq məktubu təqdim edilib. Məktubda “Prokurorluq haqqında” qanunun 22-ci maddəsi rəhbər tutularaq xəbərdarlıq edilir ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 45-ci maddəsinə müvafiq qaydada həqiqətə uyğun olmayan məlumatlar barədə təkzib verilsin.

“Günün fotosu: harın oğulun qəzası” yazısında Bakının Yasamal rayonunda baş verən yol qəzasında əzilmiş bahalı “Mersedes-Gallenvagen” markalı avtomobilin paytaxt rayonlarından birinin prokurorunun oğluna məxsus olduğu bildirilib.

Fazil Həsənəliyev görüşdə Xalid Kazımlıya sözügedən yol qəzasında iştirak edənlərin adlarını açıqlayıb.

Xalid Kazımlının “Musavat.com”a verdiyi məlumata görə, onun ümumi qənaəti bundan ibarət olub ki, prokurorluq sistemi reputasiyasının qayğısına qalır, istəmir ki, prokurorluq işçilərinin ictimai rəydə “harınlamış zümrə” obrazı yaransın: “Bu, normaldır. Biz heç də dirəşməmişik ki, bahalı maşında qəza törədən mütləq prokuror, ya rəis oğlu olmalıydı. Həqiqət nədirsə, onu yazacağıq. İndi deyirlər ki, o qəzanı törədənlərin heç birinin prokurorluq əməkdaşları ilə uzaqdan, yaxından əlaqəsi yoxdur. Olsun. Bunu həqiqət kimi qəbul edib yazacağıq. Amma xırda bir araşdırmaya da ehtiyac olacaq. Çünki ilk informasiyada qəzaya düşənlərdən birinin qadın olduğu bildirilirdi”.

Günün bütün mövzuları

XS
SM
MD
LG