Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:56
-
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu «Azərbaycanın geo-ekoloji xəritəsi»nin nəşrinə nail olub.

Xəbəri AMEA Geologiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi AzadlıqRadiosuna verib.

Azərbaycan ərazisi üçün 1:600000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.

Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb.

Xəritədə, həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.

Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG