Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Kiyevdəki toqquşmalarda azı 19 nəfər ölüb


-
Kiyevdə dünəndən milislə etirazçılar arasında baş verən qanlı toqquşmalar nəticəsində hər iki tərəfdən azı 19 nəfər ölüb.

Reuters-in xəbərinə görə, yüzlərlərlə yaralı var.

Dünən gecə müxalifətin qərargahının yerləşdiyi Həmkarlar İttifaqlarının binasında yanğın olub.Yanğınsöndürənlər 40 adamı xilas edib.

Səhər Müstəqillik meydanına yaxın olan Kiyev Konservatoriyasının yandığı məlum olub.

Müxalifət tərəfdarları Lvovda Daxili İşlər Nazirliyinin, prokurorluğun və yerli vilayət administrasiyasının binalarını tutub.

Müxalifətin Viktor Yanukovychlə danışıqları nəticəsiz başa çatıb.

Kiyevdəki qanlı toqquşmalar zamanı ölənlərdən biri də “Vesti” qəzetinin jurnalisti Vyaçeslav Veremidir.

Bu haqda «Громадьске ТВ» məlumat yayıb.

Ukrayna mediasının məlumatına görə, jurnalist sinəsindən güllə yarası alıb.

Dünən baş verən toqquşmalar zamanı Kiyevdə azı 27 jurnalist xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG