Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

ABŞ ekspertləri: «Plüralizm, azad media Qarabağın həllini yaxınlaşdıra bilər»


Rəşi Şerifin karikaturası

Rəşi Şerifin karikaturası

-
Dağlıq Qarabağ ixtilafının çözümünə dair danışıqlarda insan haqları, şəffaflıq, media və ifadə azadlığı kimi amillər nəzərə alınacaqmı? Bu suallar Bakıda qəribə səslənsə də, uzaq Vaşinqtonda artıq xeyli vaxtdır ki, qaldırılır. Əsasən də Azərbaycanın qonşuları tərəfindən... Özü də Azərbaycan hökumətinin qərəzli elan edib qulaqardına vurduğu beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına xitabən.

Bu günlərdə Vaşinqondakı Demokratiya Uğrunda Milli Fondunda təşkil edilən və avtoritar rejimlərin rəsmi media siyasətinə dair tədbirdə erməni diaspor nümayəndəsi qəfildən belə bir sual verdi: “Nüfuzlu insan haqları təşkilatlarının hesabatlarında, eləcə də “Freedom House”un reytinq cədvəllərində Azərbaycanın daha yaxşı nəticə göstərməsi Dağlıq Qarabağın gələcək taleyinin həllinə də təsir edə bilərmi?”

Məruzəçi George Washington Universitetinin professoru Robert Orttungın məsələyə münasibəti qısa və diplomatik oldu: “Nə qədər çox alternativ media olsa, problemin həllinə bir o qədər artıq tövhə gətirərdi...”

Rəsmi siyasət: Ideya ver, baş qat, hökm sür...

“Münaqişənin həllinə nail olmaqda maraqlı tərəf kimi Azərbaycanın daha azad mediaya sahiblənməsi, internetdə daha çox müzakirələrə açıq olması sülhü yalnız asanlaşdırardı,” deyə o, AzadlıqRadiosuna fikrini izah edib. Orttung daha sonra əlavə edir:
- Reallıq budur ki, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə hakimiyyətlər uzun müddət medianı ram etməklə yalnız öz təbliğatlarını yürütmək və ömürlərini uzatmaq marağı güdüblər ki, bu da onların daxildə olduğu kimi, beynəlxalq səhnədə də imicini zədələyb."

...vətəndaşların hakimiyətə suallar ünvanlayıb sülh üçün ictimai müzakirə açmaq imkanı olmalıdır. Nifrət qorxudan və məlumatsızlıqdan doğur və onun öhdəsindən gəlmək üçün bu vəziyyətdən çıxmağa imkan verən proses də olmalıdır.
Ekspertlərin fikrincə, söhbət Sovet sistemində geniş yayılmış, rəsmi təbliğatın keşiyini çəkən dövlət mediası mexanizminin Azərbaycanda “mühafizəkarcasına” qorunmasından gedir. Üstəlik bu sistem nəinki daha da genişlənib, hətta müstəqil düşüncəli medianın gözdağına çevrilib.

Təhlilçi bunu təsadüfi saymır, yada salır ki, hələ hökumət belə siyastinə xüsusi ad da tapıb: “Effektiv media” siyasəti:

- Bir tərəfdən rəsmi mətbuat əhalini mövcud hakimiyyətin legitimliyinə inandırmaqda rejimlərin işinə yarayır, digər yandan isə onlara alternativ olan hər hansı ideyanın, təşəbbüsün, yaxud fərdlərin baş qaldırmasının qarşısını alır.

Düzdür, Azərbaycan kimi ölkələrdə siyasətçilər imkan düşdükdə internetə dəyib-dolaşmadıqları ilə lovğalanmağı xoşlayırlar. Ancaq heç internet də məsələn, televizyalar qədər kütlənin eyni mövzuya fokuslanmasına və suallarının cavablanmasına kömək etmir, belə ki, orada təklif onunan “cavablar” saysız-hesabsızdır.

Təhlilçi vurğulayır ki, vaşqa tərəfdən də sözdə internet azadlığının mövcudluğu bu məkanın rəsmi qurumların üzünə bağlandığı demək deyil. Ona görə onlayn rəyin kənardan “azdırılmadığına” təminat da yoxdur.

Onun təbirincə, rəsmi mediasını israrla mühafizə etməklə, Azərbaycan aşağıdakı ölkələr arasında qərarlaşıb: Çin, Rusiya, Vyetnam, Zimbabve və İran.

Qarabağ “kartı”…

Qayıdaq Qarabağa. Bəzən rəsmilər iddia edirlər ki, mediaya nəzarət müharibə şəraitində onlara “ictimai rəyi idarə etmək” üçün lazımdır.
Bu vəziyyətdə hakimiyyətlər Qarabağ kartı ilə səsləri boğmaq əvəzinə gələcək sülh haqqında real dialoqun necə yaradılması üzərində düşünməli, müstəqil ictimai debatlara hazırlanmalıdırlar.

Amma sual olunur: Siyasi plüralizmin, ifadə azadlığının olmadığı şəraitdə münaqişə tərəfi ilə qapalı dialoq aparan hakimiyyətin ictimai rəyin əleyhinə qərar qəbul etməsi ehtimalı daha təhlükəli deyilmi?

“Sərhədsiz vasitəçilər” təşkilatının Nyu-Yorkdan olan analitiki Tomas Fuitak bu suala cavabında AzadlıqRadiosuna deyib:

- Dərin kökləri olan tarixi və müasir mübahisələr bir qayda olaraq, gərginliyə aparır. Bu vəziyyətdə hakimiyyətlər Qarabağ kartı ilə səsləri boğmaq əvəzinə gələcək sülh haqqında real dialoqun necə yaradılması üzərində düşünməli, müstəqil ictimai debatlara hazırlanmalıdırlar.

Öz növbəsində, vətəndaşların hakimiyətə suallar ünvanlayıb sülh üçün ictimai müzakirə açmaq imkanı olmalıdır. Nifrət qorxudan və məlumatsızlıqdan doğur və onun öhdəsindən gəlmək üçün bu vəziyyətdən çıxmağa imkan verən proses də olmalıdır.

Həqiqi sülh o zaman baş verir ki, adamlar qarşılıqlı dialoq mühitində bir-birini anlamağa nail olsun... Əks halda biz yalnız yalançı sülhdən danışa bilərik, o isə münaqişənin ömrünü yalnız uzadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG