Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:31

"Pussy Riot"çuları bu dəfə Soçidə tutdular


Maria Alyokhina və Nadezhda Tolokonnikova-nın aparıldığı polis bölməsi, Soçi, 18 fevral
Maria Alyokhina və Nadezhda Tolokonnikova-nın aparıldığı polis bölməsi, Soçi, 18 fevral
-

Polis qalmaqallı rokçular Nadejda Tolokonnikova və Mariya Alyoxinanı yenidən saxlayıb.

Bu dəfə "Pussy Riot"çuları olimpiadanın keçirildiyi Soçi şəhərində saxlayıblar.

Bir neçə saat dindiriblər.


Polis deyir ki, onları qaldıqları oteldə baş vermiş oğurluğa görə bölməyə aparıblar. Tolokonnikova və Alyoxina ilə birgə oteldə qalan digər şəxslər də sorğu-sual edilir.

Tolokonnikova deyib ki, polis əməkdaşları onun qolunu burublar və döşəməyə atıblar. Alyoxina isə polisin onu müstəntiqin otağına sürüyərək apardığını bildirib.

Tolokonnikova deyib ki, ictimai fəallar Soçiyə bir neçə aksiya keçirmək üçün gəliblər.

Eləcə də "Putin sənə Vətəni sevməyi öyrədər" adlı ironiyalı mahnını ifa etmək üçün.

Mahnı siyasi motivlərlə həbs edilmiş fəallara həsr edilib.
Almaniya - Nadezhda Tolokonnikova (solda) və Maria Alyokhina Berlin kinofestivalında "Sülh üçün kino" mükafatını alarkən, 10 fevral 2014
Almaniya - Nadezhda Tolokonnikova (solda) və Maria Alyokhina Berlin kinofestivalında "Sülh üçün kino" mükafatını alarkən, 10 fevral 2014

"Pussy Riot"çular həmin ifa əsasında sonra klip də hazırlamağı planlaşdırırlarmış.

Tolokonnikova deyib ki, saxlanan zaman onlar aksiya keçirmirlərmiş, sadəcə küçə ilə gedirlərmiş.

Tolokonnikova və Alyoxina 2013-cü ilin sonunda amnistiya əsasında azadlığa çıxıblar.

Onlar Moskvadakı kilsədə prezident Putinə qarşı mahnı oxuyandan sonra tutulmuşdular.
XS
SM
MD
LG