Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:54

Nobel mükafatlı yazıçının daha 2 kitabı Azərbaycan dilində


-

"Qanun" nəşriyyatı Nobel mükafatlı Norveç yazıçısı Knut Hamsunun daha iki kitabını Azərbaycan dilində çap edib: "Aclıq" və "Torpağın bərəkəti".

Knut Hamsunun Kristianiyada keçirdiyi əzablı və qorxunc gənclik il­lərinin üzərindəki pərdəni bir az qaldırsaq, «Aclıq» romanını bir çox cəhətlərinə görə avtobioqrafik əsər də adlandırmaq olar.

O vaxtlar yazıçının qarşılaşdığı buz kimi soyuq laqeydlik, insanların bi­ga­nə­liyi və daşürəkliyi büsbütün romana köçürülmüşdür.

Onun ac­­lıqdan fiziki əzab çəkən qəhrəmanı ətrafdakıların tam etinasızlığı ilə qarşılaşır. Yazıçının öz sözlərinə görə, o bu əsərdə «ardıcıl olaraq ac­lıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, əsəb sar­sın­tılarını təsvir etməyə səy göstərib».

Əsərin qəhrəmanının hərə­kət­lə­rindəki paradoksallıq və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı de­yil. O, sanki iki aləmdə – gerçək və özünün uydurduğu xəyali aləm­də yaşayır. Bu ikilik romanın adında da özünü göstərir: onun qəh­rə­manı korlanmış, pozulmuş dünyada yalnız fizioloji deyil, həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq keçirir.

«Torpağın bərəkəti» (1917) romanı XX yüzil dünya ədə­biy­ya­tı­nın ən monumental epik əsərlərindən biridir.

Əsərin təhkiyəsi onun qəhrəmanlarının həyatı kimi aramlı və sakitdir. Boş, heç kəs tərəfindən becərilməyən dövlətə məxsus meşəlik sahəyə İsaak adlı bir adam gəlib burada işləməyə başlayır.

Bir müd­dət­dən sonra onun yanına bataqlıqdakı cığırdan keçərək İnger adlı bir qadın da gəlir. Əvvəlcə o, İsaakın yanında işçi kimi çalışır, sonra isə onlar evlənirlər...

İsaak və İngerin düşüncələri, duyğuları, zəhmət və xoşbəxtlik dolu həyatlarıtək sadə olsa da, primitiv deyil. Lakin İnger təzə doğulmuş dovşandodaq qızını tələf etdiyi üçün həbs olunur və İsaak yeddi il tək qalmalı olur.

Roman ürəyində torpaq sevgisi olanlara mənəvi qida verir. Hamsun açıq publisistikaya müraciət etmədən, sırf bədii va­si­tə­lər­­dən istifadə etməklə kənd həyatının şəhərdən üstünlüyü ide­ya­sını irəli sürür.

Hər iki kitabı Nadir Qocabəyli çevirib.

Nəşriyyat bundan əvvəl K.Hamsunun "Misteriyalar" kitabını da çap etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG