Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:51

Əli Kərimli müxalifətin perspektivləri haqda [Video]


-


«İşdən sonra» verilişində AXCP sədri Əli Kərimli ölkədəki vəziyyət və müxalifətin perspektivləri barədə danışıb:

«İNSANLARIN SABAHA ÜMİDİNİ BƏRPA ETMƏLİYİK»

«Gündəmi intiharlar zəbt edib. Azərbaycandakı intiharların 80-90 faizi sosial-ictimai problemlərdən yaranır. İnsanlar o qədər narazıdırlar ki, problemlərdən çıxışı ölümdə görürlər. Baş verənlər ölkədəki ədalətsizliyə, idarəçiliyə, məmur özbaşınalığına etirazdır. İnsanların sabaha ümidləri itib. Bu işdə bizim üzərimizə də böyük iş düşür. Əzilən təbəqələrlə daha çox ünsiyyət yaratmalıyıq. Daha da genişlənməli, bütün Azərbaycanı əhatə etməliyik. Onlara tək olmadıqlarını göstərməliyik. İnsanların sabaha ümidini bərpa etməliyik».

«ÇIXDIĞIMIZ YOLDA DAVAMLIYIQ, İSRARLIYIQ»

«Çox təəssüf ki, hər seçkidən sonra bənzər situasiya yaranır. Hər dəfə seçkidən sonrakı vəziyyət bütövlükdə müxalifətin pərakəndəliyinə gətirib çıxarırdı. Ancaq bu dəfə Milli Şuranı qoruyub saxlaya bilmişik. Vəziyyətimizi çox da pis hesab etmirəm. Müsavat Partiyası Milli Şuranı tərk etsə də, biz yola davam edirik. Hökumət anlayır ki, bu struktur qalacağı təqdirdə Azərbaycanda dəyişikliklər sürətlənəcək. Buna görə də, Milli Şuranın dağılması üçün çalışırlar. Ancaq dəyişikliklər üçün zəmin yetib. Artıq azərbaycanlılar anlayır ki, çarə birlikdə mübarizədən keçir. İnsanlar vəziyyətlə barışmaq niyyətində deyillər. Birləşib dəyişiklik etmək istəyənlər Milli Şurada qalır. Milli Şura özünün doğru yolunu davam etdirir. Çıxdığımız yolda davamlıyıq, israrlıyıq».
XS
SM
MD
LG