Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21

Ukraynada nümayişçilər hakim partiyanın qərargahını zəbt ediblər


Ukraynada etiraz aksiyası

Ukraynada etiraz aksiyası

Ukraynda nümayişçilər polis səddini yararaq,parlamentin ətrafına toplaşıb, hakim “Regionlar partiyası”nın Kiyevdəki baş qərargahını zəbt ediblər.

Məlumatlara görə polis kütləni dağıtmaq üçün gtözyaşardıcı və səs bombaları, rezin güllələrdən istifadə edib.

Nümayişçilər Parlamentdə konstitusiyaya düzəliş edilməsini tələb edirlər.
Söhbət prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması, 2004-cü ildəki konstitusiyaya qayıtmaqdan gedir.Həmçinin müxalifətdən olan deputatlar parlamentin tribunasını zəbt ediblər.Buna səbəb parlament sədrinin bu məsələni gündəliyə salmaması olub.

Müxalifət lideri Vitali Klitschko hakimiyyəti xüsusi təyinatlı qüvvələri küçələrdən çıxarmağa, prezident Yanukovychi istefa verməyə və vaxtından əvvəl prezident və parlament seçkiləri keçirməyə çağırıb.

Müxalifət liderləri Arseniy Yatsenyuk və Vitali Klitschko bazar ertəsi Berlində Almaniyanın kansleri Angela Merkellə ölkədəki siyasi böhranı müzakirə ediblər.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG