Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:21

2013-cü ildə 67 milyon manatdan çox qrant alınıb


-
Ötən il ərzində qrant alınması haqqında Ədliyyə Nazirliyinə 737 müraciət olub.

1817 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı müraciəti 220 təşkilat edib.

Ədliyyə Nazirliyindən apa-ya verilən məlumata görə, həmin müqavilələr (qərarlar) üzrə 173 donor təşkilatından 67 milyon 217 min 026 manat qrant alınıb.

Bunun 23 milyon 550 min 942 manatı xarici donorlardan alınan qrantlardır.

Bu qrantlar əsasən təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilib.

Qrant məbləğinin 65%-ini 29 yerli donor verib. Onlardan 12-si dövlət təşkilatıdır.
XS
SM
MD
LG