Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:43

Qarabağ veteranı dəlixanaya salındığını deyir


arxiv foto
arxiv foto
-
Bunu “Azadlıq” qəzeti yazır. Bu barədə qəzetə veteranın özü məlumat verib. Malik Məcidov deyib ki, özünü yandırmaq istədiyi günün səhəri, fevralın 15-də onu Sumqayıt Ruhi Əsəb Dispanserinə aparıblar və hazırda oradadır. Bildirib ki, onu “dəlixanaya” saldıran Sumqayıtın icra başçısıdır və hazırda oradan çıxmasına da mane olur.

“İcra hakimiyyətində dedilər ki, get yandır. Mən də özümü yandırdım. Sonra məni polis idarəsində incitdilər, saatlarla lüt saxladılar. Bakıya yanıq şöbəsinə gətirməkdən imtina etdilər. Sonra məni travmatologiyaya apardılar, səhəri gün isə dəlixanaya gətirdilər”.

ARDNŞ-NİN ŞƏRİKİ 612 MİLYONA STADİON TİKİR

Bu barədə “Bizim yol” qəzetində deyilir. Qəzet bildirir ki, 2015-ci il Avropa Yay Olimpiya oyunları ilə əlaqədar 65 min nəfərlik stadionun tikilməsi nəzərdə tutulur.

Böyük Şorda tikilən idman qurğusunun tikintisi “tekfen İnşaat və Tesisat A.Ş” şirkətinə həvalə edilib. Bu şitkətin sahibi Levent Kafkazlının Azərbaycanda “Bakı-Tibilisi-Ceyhan”, “Şahdəniz” yatağı, neft şirkətinin yeni binasının tikintisi və s. layihələrdə iştirak etdiyi deyilir.

DEPUTAT MANDATINI QOYUB DÖYÜŞƏ GETMƏYƏ HAZIRAM

Siyavuş Novruzov
Siyavuş Novruzov
Fevralın 17-də Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzovun 45 yaşı tamam olub. Bu münasibətlə modern.az S. Novruzov haqqında yazı dərc edib. Deputat müsahibəsində özü ilə bağlı bir sıra məsələlərə toxunub:

“Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar, o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə, onu deyə bilərəm ki, bugünkü gündə də sabah deputat mandatını yerə qoyub birbaşa döyüş bölgəsinə getməyə hazıram”.

26FEVRAL.AZ LAYİHƏSI TƏQDİM OLUNACAQ

Xocalı hadisələrinin 22-ci ildönümü ərəfəsində “Azərsun Holdinq” yeni layihəyə başlayıb.

Bu barədə “Yeni Azərbaycan” qəzeti yazır. Bildirilir ki, “Azərsun Holdinq” Xocalı hadisələri barədə müxtəlif məlumatların yer alacağı www.26fevral.az (eyni zamanda www.26february.az) veb portalı layihəsini təqdim etməyə hazırlaşır.

Layihə daxilində hadisə qurbanları və şahidlərinin xatirələri lentə alınaraq, filmlər hazırlanıb və onlar www.26fevral.az (eyni zamanda www.26february.az ) veb portalında yerləşdiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG