Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:44

Bakıda qəza zamanı sərnişin avtobusu aşıb, 6 nəfər yaralanıb


-
Fevralın 17-dən 18-ə keçən gecə Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar - 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun APA-ya verdiyi məlumata görə, "Mercedes Benz”in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG