Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:50

""Nəsimi" müsabiqəsinin təşkilatçılarından üzr istəyirəm"


Book by Rashid Bargushadli

Book by Rashid Bargushadli

-

"İlk fırıldağımı elədim – işlədiyim şirkətin katibəsi, anbardarı və tikinti mühəndisinin adından üç hekayə ilə “Nəsimi” müsabiqəsinə qatıldım, onları da fırıldağa sürüdüm – yaşları 35-dən azıydı deyə...

İblis də mənim tərəfimdəymiş – lənətəgəlmiş yardımçım oldu. Hekayələrin üçü də ilk onluğa düşəndə barmağımı dişlədim, – “Ey dili-qafil, deyəsən mən yazmağı bacarırmışam...”.



"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin finalçısı olmuş yazıçı Rəşid Bərgüşadlının kitabı çapdan çıxıb.

"Onluğa düşən hekayə - üzə çıxardığım ilk əsərim idi" – deyən yazıçı indiyəcən sandığında saxladığı əsərlərinin birinci cildini nəşr edib.

Kitabda əsasən hekayələr toplanıb.

Rəşid Bərgüşadlının öz kitabına yazdığı yarızarafat-yarıgerçək Ön söz əvəzini təqdim edirik.


Ön söz əvəzi

Ədəbiyyatçı olsaydım, vallah elə əsərlər yazardım ki, Şekspir, Dostoyevski, Tolstoy, Hemenquey və Hüqo kimiləri ocağıma qızınardılar. Hələ, ədəbiyyatda sadəcə bəxti gətirmiş Pör Laqerkvist, Bulqakov və Qoqol kimilərini heç əlimə su tökməyə də qoymazdım... Di gəl ki ədəbiyyatçı deyiləm. Səmimi etiraf da cürət istər – ədəbiyyat aləmindən başı çıxmayan iki nəfər varsa, onların birincisi mənəm. Nə “məfailün”dən, nə şeirdən, nə də nəsrdən başım çıxır – adicə tikinti mühəndisiyəm. Günlərin birində qaçqınlıq dərdimi kağıza köçürüb adını şeir qoymuşdum ki:

...“Daddıydı, şirindi nənəmin aşı,
Tez-tez də keçərdi kəndin işığı.
Qardaşım gəzərdi qabı-qaşığı,
Budun oğurlanmağı yadıma düşdü”...

Hələ orta məktəbdən ədəbiyyat yazılı və riyaziyyatdan yoxlama yazı işlərini köçürməyin ustasıydım. Düşünürdüm ki, ulu Şəhriyarın “Heydər baba”sıyla, Dədə Ələsgərin “Yadıma düşdü”sünü möhtəşəm “calaq” etmişəm. Ancaq, filoloq qardaşım dedi ki, – “Bu şeiri həyətimizdəki toyuqların yanında da oxuma – yumurtadan kəsilərlər...”.

Bax onda, həqiqətən “sındı qol-qanadım, yanıma düşdü”. Sən demə, şeirdə, nəsrdə də düsturlar və çərçivələr varmış – mühəndislikdə olduğu kimi. Əgər biri, tikməkdə olduğum binaya gəlib desə ki, – “Ay sənə mühəndis deyəni tünbətün olsun, niyə bu armaturu, qəlibi tərsiməshəb yığmısan!?”, ilk əvvəl duruxardım. Fikirləşərdim ki, bəlkə nəyisə səhv eləmişəm. İşimə son dəfə göz gəzdirib həmin adamın peşəsini soruşardım.

Biləndə ki, filoloqmuş, deyərdim – “İşin gücün yoxdur sənin, get öz cızma-qaralarınla məşğul ol da qardaş..!”. İndi o timsalla da ədəbiyyatçıların bostanına daş atıb, hikkəmlə baş-başa qalanda yazmağa qərar verdim. Elə sürətlə yazdım ki, öz-özümü səmimi qəlbdən “məhsuldar yazıçı” adlandır-maqdan da utanmadım.

“İşıq pulu” adlı ilk hekayəmi utana-utana “Ədəbi Azadlıq – 2012 yarışması”na göndərdim. Müsabiqənin ilk onluğuna düşəndə məni dəli bir hır tutdu. İlk aldığım “Finalçı” şüşə priz mənə “Nobel”dən də əziz oldu. Bundan sonra məni kimsə tuta bilməzdi – özümü böyük bir inamla ədəbiyyat aləminə dürtdüm...

Gözüm növbəti yarışmaların sorağındaydı. IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin elanını oxuyanda sevindimsə də, iştirakçıların 35 yaş məhdudiyyəti əl-qolumu bağladı – müsabiqə üçün qocaymışam. İlk dəfə qoca adını üstümə götürmək məcburiyyətindəydim. 35 yaşım olmadığı üçün halal qırx ikimdən utandım – doğma yaşıma acığım tutdu. Amma fərağat durmadım, acığımı müsabiqənin üstünə tökdüm.

Xatırladığım qədər ilk fırıldağımı elədim – işlədiyim şirkətin katibəsi, anbardarı və tikinti mühəndisinin adından üç hekayə ilə müsabiqəyə qatıldım, onları da fırıldağa sürüdüm – yaşları 35-dən azıydı deyə... İblis də mənim tərəfimdəymiş – lənətəgəlmiş yardımçım oldu. Hekayələrin üçü də ilk onluğa düşəndə barmağımı dişlədim, – “Ey dili-qafil, deyəsən mən yazmağı bacarırmışam...”.

Hekayələrim II və III yerlərin qalibi olanda matım-qutum qurudu, – “Mən lap dahiyəmmiş!” – deyib özümlə ilk dəfə qürur duydum. Yeri gəlmişkən, bu fırıldağıma görə həmin müsabiqənin təşkilatçılarından, iştirakçılardan min yol üzr istəməyə və cəzamı hər zaman çəkməyə hazıram. Ancaq bunu, ədəbiyyat xati-rinə etdiyimçün, yəqin ki cəzamı yüngülləşdirərlər. Həm də, bu cinayəti işləyəndə “yaş söhbəti”nə görə bir qədər anlaqsız halda idim – yəqin bunu da yüngülləşdirici hal kimi nəzərə almaq mümkündür.

Artıq cilovu qırmışdım və dinc dura bilməzdim. Hər gün yazmağım gəlirdi – yumurtlaq toyuq da mənə çata bilmirdi – həftəyə bir-iki hekayə yazırdım. Bir hekayənin mövzusundan beş hekayəyə cığır açırdım. İki hekayəni birləşdirib bir povest, ya da roman düzəldirdim. Yazmaq bir ibnəlikmiş. Yaza-yaza yazıçılara yazığım gəldi. Ürəyini boşaltmasan partlarmış qardaş. Közün izsiz-tozsuz kül olarmış – sən demə bu zülmlərinə görə onları fəxri xiyabanda dəfn edirmişlər... Özümü nə qədər sıxdımsa da xeyri olmadı, içimdən bir səs – “Ölsən də yazacaqsan, yoxsa əl çəkən deyiləm!” – dedi. Təzyiqim rahatlıq vermədi – düşdü-qalxdı, yuxum ərşə çəkildi, fikir məni götürdü, əsəblərim tarımaçəkildi.

Bilmirəm yazarlar günə neçə səhifə yazırlar, ancaq Allaha and olsun, elə gün oldu ki, biroturuma 30-40 səhifə yazdım. Yazdığımın nə olduğunu vallah özüm indi də bilmirəm – romandımı, hekayədirmi.., – bilmirəm. Ancaq bir gün baxdım ki, bircə ilin içində yeddi kitab həcmində nəsə yazmışam. İçində biədəbi, fəlsəfi, dini, siyasi olanı da var. Yazılarımı qabağıma töküb, – “bunları mən necə və nə vaxt yazdım?” – deyib öz-özümə düşünəndə yazılarımda təkrar-çılıq edə biləcəyimdən ehtiyat etdim. Yazmağı məqsədli olaraq dayandırdım. Yazılarımı kənar oxucu kimi oxudum. Yazdıqlarımı tutuşdurdum – təkrarçılıq, paralelləri sezmə-dim. Amma, yazdıqlarımın yarısını kəsib tulladım – oxu-duğum kitabların təsiri, xırda plagiatlıqlar vardı. Cildlərin tərtibatına başladım – cild-cild cızmaqaralarıma baxıb həyə-canla köks ötürürdüm. Bu ərəfələrdə dünya klassiklərinin əsərlərini təkrar-təkrar gözümə təpdim. Saxladığım yazılar-dan bəyəndiklərimin yarısını da indi cırıb tulladım – mənim yazmaq istədiklərimi məndən qabaq və məndən daha yaxşı yazıbmışlar. Əlimdə qalanların azlığına məyus oldum – sən demə, mən yazdıqlarımdan nənəm də yazarmış...

Amma bir gecə...

... Xatırlayıram, qurban bayramına bir gün qalırdı. Ətli-piyli bir qurbanlıq qoç almışdım. Adamın əli də gəlmirdi ki zavallı heyvanın canına qıysın – şəriətə tam uyğun yaraşıqlı, buynuzlu, lakin axtalanmış bir erkək idi. İndi də biz müsəl-manların üç adətini heç sevmirəm – Qurban Bayramındakı heyvan qətliamını, diri-diri qaz yolmağını və heyvan axtalamağını. Söz yox, qaydaları dəyişmək iqtidarında deyiləm, özüm də qurban kəsirəm, mənim anam da qaz yolurdu – qaz tükünün yastığı bir başqa olur. Amma, “insaf da dinin yarısıdır” axı. Nəysə, gecə qoç yuxumda dil açdı ki, – “Düz-gün yazmırsan! Ana dilində yazmırsan! Öz dilini işlət! Yoxsa yazdıqlarının duzu olmayacaq!”. Qoyunun nə demək istə-diyini heç anlaya bilmədim. Qurban Bayramından bir neçə gün sonra qoç yenidən məni yuxuda haxladı – dırnaqlarıyla sinəmi döyəclədi, – “Sağır nun olmadan yazdıqlarının hamısı yöndəmsiz qoyun qığıdır!”. Qoçun, qulaqlarımda gurlayan səsinə yuxudan dik atıldım. Anlamışdım onun nə demək istədiyini. Uyurgəzər kimi kompüterimi qaranlıqda tapıb düyməsini basdım. Ürəyimə yatan, canıma yağ kimi yayılan ilk yazımı birnəfəsə yazdım. Ümumiyyətlə, ağlıma gələn mövzunu dərhal bir yerə – siqaret qutusuna, cib dəs-malına, ovcuma, telefonun yaddaşına yazmasam, sonradan unuduram – neçə-neçə qeydiyyatını aparmadığım mövzular beləcə it-bata düşüb unudulub.

O gecə, özüm kimi didərgin salınmış itkin bir hərfin – səsin şərəf və heysiyyatının mühafizəsinə qalxdım. Məncə, bu hərf dilimizin yaraşığıdırsa, niyə yazılı dilimizdə olmasın. Razıyam! Hər kəs öz anasının dilində danışmaq eşqinə düşsə, dilimiz əcəb-sandal kimi həfçoş xörəyə dönər. Amma mən, dilimizi bəzəyən, aşıq, xalq dilinin şirinliyini özündə gizləyən hərfdən danışıram – eynilə ingilis dilindəki mor-ning, coming, going sözlərinin axırıncı iki hərfinin birgə yaratdığı *ŋ+ səsindən (fonetik və digər qanunauyğunluq-larını ingilis dilinin qrammatika qaydalarından öyrənə bi-lərsiniz).

“Sağır nun”u yazandan sonra gördüm ki, həqiqətən də yazdıqlarım bir qəpiklik şey deyilmiş. Ümumiyyətlə, yazmaq mənlik deyilmiş – mənim dilim kitab üçün yatımlı deyil. Həm ədəbiyyat savadın olmaya, həm də əziz ananın doğma dilində yazmaq ədəbi qayda baxımından yalnış yol ola – əl-qolumu tamam soyutdum. Bir xeyli sonra, bilmirəm nədənsə (deyəsən lətifələri toplamaq istəmişdim), vulqar ədəbiyyatı oxumaq könlümə düşdü. Bu səpkidə əsərləri oxudum və yenidən “Sağır nun”a qayıtdım. Çünki, həcm və dil baxımından mənə daha yaxın olan yazım bu idi. Bundan sonra

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG