Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Almaniya kansleri Ukrayna müxalifətinin liderləri ilə görüşdü


Angela Merkel (ortada), Vitaly Klitschko (solda) və Arseny Yatsenyuk görüşdən əvvəl, Berlin, 17 fevral, 2014

Angela Merkel (ortada), Vitaly Klitschko (solda) və Arseny Yatsenyuk görüşdən əvvəl, Berlin, 17 fevral, 2014

-

Ukrayna müxalifətinin liderləri Arseniy Yatsenyuk və Vitali Klitschko Berlində Almaniya kansleri Angela Merkel ilə görüşüblər.

Yatsenyuk deyib ki, onlar Ukraynanın prezident respublikasından parlament respublikasına keçidinin mühümlüyünə inanırlar. Və prezident Viktor Yanukovych-dən tələb edirlər ki, bu keçidi reallaşdırmaq, “Ukraynanı demokratik dövlətə çevrilmək” üçün parlamentdə ayrıca qanun qəbul edilsin:

“Biz ölkəmizdə əsas siyasi qüvvələri əhatə edən, avropayönlü hökumətin qurulmasını istəyirik, korrupsiyalaşmış hökumətin yox. Belə etibarlı hökumət avropalı, qərbli tərəfdaşlarımızdan dəstək alaraq ölkəmizdə maliyyə vəziyyətini düzəldə bilər”.

Yatsenyuk düşünür ki, Ukrayna Beynəlxalq Valyuta Fondu ilə danışıqları bərpa etməlidir. Bundan başqa, onun fikrincə, Ukraynada qurulmalı olan avropayönlü hökumətin Rusiya ilə şəffaf münasibətləri olmalıdır. Rusiyanın da Ukraynaya münasibəti aydın və şəffaf olmalıdır. ”Bizim rusiyalı tərəfdaşlarımızdan istəyimiz odur ki, avropalı, qərbli tərəfdaşlarımız kimi məqsədlərini açıq desinlər” – deyə müxalifət lideri vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG