Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:50

Özünü yandıran Naxçıvan sakini evə buraxılıb


Foto: Arxiv
Foto: Arxiv
-
Özünü yandıran Naxçıvan sakini Hüseyn Məmmədovun fevralın 16-da xəstəxanadan evə buraxıldığı bildirilir.

Bu haqda Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən məlumat verilib. Həkimlərin söylədiyinə görə, o, səhhəti yaxşılaşdığından evə buraxılıb.

AzadlıqRadiosu Hüseyn Məmmədovun indiki vəziyyətini öyrənmək üçün onun ailə üzvləri ilə də əlaqə saxlayıb. Zərərçəkənin qardaşı Ramiq Məmmədov bu haqda danışa bilməyəcəyini deyərək, mobil telefonunu söndürüb. Onun digər qardaşı Elmar Məmmədov xəstənin durumu barədə heç yerə məlumat verilməməsi ilə bağlı onlara tapşırıq verildiyini bildirib. Ancaq o, tapşırığın kimin verdiyini açıqlamaq istəməyib.

Adının çəkilməsini istəməyən bir qohumunun bildirdiyinə görə, Hüseyn Məmmədovun vəziyyəti qəfil pisləşdiyindən həkimlər onu evə aparmağı məsləhət görüblər.

Fevralın 14-də də həkimlər Hüseyn Məmmədovun həyatına təhlükənin hələ qaldığını bildirmişdilər.

41 yaşlı Hüseyn Məmmədovunun fevralın 12-də muxtar respublikanın Daxili İşlər Nazirliyi qarşısında özünü yandırdığı deyilir. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Ramiq Məmmədov məlumat vermişdi.

Hüseyn Məmmədovun özünə iş tapa bilməməsi onun intihar cəhdinə səbəb göstərilir. Adının çəkilməsini istəməyən şahidlərdən birinin sözlərinə görə, öz şəxsi maşınını taksi kimi işlətmək istəyən Hüseyn Məmmədova polislər əngəl törədirmiş. Bununla bağlı bir neçə dəfə Naxçıvanın daxili işlər naziri Əhməd Əhmədovun qəbulunda olsa da, problem çözülməyib. Şahidlərin sözlərinə görə, Hüseyn Məmmədov sonuncu dəfə fevralın 12-də DİN-də olub və ordan çıxandan sonra özünü yandırıb.
XS
SM
MD
LG