Keçid linkləri

Təcili xəbərlər

Texnologiya: Protez əlin gerçək əl kimi hissiyyatı var


Bionik əl
Bionik əl
-
Hissiyatlı protez əl barədə indi təkcə elmi- fantastik əsərlərdə yazmayacaqlar. Belə əl artıq var və onun sahibi toxunduğu əşyaları hiss edəcək. AzadlıqRadiosunun müxbiri Antoine Blua bu elmi uğurdan söz açır.

ƏLİNDƏ SAXLADIĞIN TOPDUR

Dennis Aabo Sorensen 10 il öncə fişəng atarkən sol əlini itirib. Düşünmək olardı ki, onun, beləcə, hissiyyatsız protezinə alışmaqdan başqa çarəsi qalmaz.

Amma yeni bionik texnologiya 36 yaşlı Dennis-ə sol əlində top saxlarkən, yaxud hansısa əşyanı qaldırarkən onları hiss etmək imkanı verib.

Sorensen Danimarkanın Aaalborq şəhərində mülk alış-verişiylə məşğuldur. Onun dünyada ilk dəfə hissiyyatlı protez əli sınaqdan keçirməsi artıq xəbər başlığına çevrilərək dünya mediasını dolaşıb. Bütün bunları o, gözübağlı şəkildə edib:

«Heyrət içindəydim, 10 ildir hiss etmədiyimi qəfildən duydum. Protez əlin içinə qoyulan ilk əşya beysbol topuydu. Birdən əlimdə yumru bir şey tutduğumu deyə bildim – sanki ağır bir top idi. Bu hissi yenidən yaşamaq inanılmaz görünürdü».

ELEKTRODLAR TƏMAS SENSORLARINA BİRLƏŞDİRİLİB

Əlini itirən Sorensen protez əl daşıyır, əlini yumub-aça, əşyaları saxlaya bilirdi. Ancaq o, əlində saxladığı əşyanı hiss etmirdi, üstəlik, tutduğu əşyanı əzməmək üçün mütləq əşyaya baxmalı idi.

Bir il öncə – bir qrup cərrah və nevroloq yeni bionik əli Sorensen üzərində sınaqdan keçirməyə başlarkən, hər şey dəyişdi. Bir ay sürən bu sınaqlar Romada aparılırdı.
Silvestro Micera və Dennis Aabo Sorensen
Silvestro Micera və Dennis Aabo Sorensen

Sınaqların nəticəsi ötən həftə «Science Translational Medicine» jurnalında dərc olunub.

Professor Silvestro Micera və komandası Sorensen-in sol qolunun sinirlərinə elektrod yerləşdirib və bu elektrodları protez əldəki təmas sensorlarına birləşdirib. Kompüter alqoritmləri sensorlardan aldığı elektrik siqnallarını sinirlərin aşkarlaya biləcəyi impulsa çevirib.

Sorensen deyir:

«Ailəmin fikrincə, Romaya gedib bu eksperimenti keçirməyim çox yaxşıydı. Qolumdan çıxan naqillərə görə üç oğlum mənə kabel oğlan deyirdi».

«BİR NEÇƏ İLƏ BU ƏLİ BAZARDA GÖRMƏK MÜMKÜN OLACAQ»

Klinik araşdırmanın gedişində bir həftə boyunca protez əl elektrodlara birləşdirilib. Sorensen artıq müxtəlif əşyaları əlində saxlaya, onların formasını, möhkəmliyini hiss edə bilirdi.

Dennis Aabo Sorensen
Dennis Aabo Sorensen
Tədqiqatçıların fikrincə, protezdə hissi reaksiyanın bərpası ilk dəfə baş verir. Ancaq onu da qeyd edirlər ki, özü-özlüyündə böyük uğur olsa da, sensorlu protezin kommersiya baxımından ələçatımlı olması illər aparacaq.

Sorensen gələcək tədqiqatlara töhfə verməyə hazır olduğunu deyir. O, tədqiqatın uğurunun psixoloji gücdən də qaynaqlandığının fərqindədir:

«Bu eksperiment çox çətindir, iş günləri uzanır. 50-60 adamın ortasında əyləşirsən, onlar da səndən informasiya almalıdırlar. İmplantların, əməliyyatın həyata keçirilir, elektrodlar çıxarılır, 30 gün boyunca iki böyük əməliyyat aparılır. Bu səbəbdən beynin və bədənin qaydasında olmalıdır».

Sotensen onu da söyləyir ki, bu nəticəylə irəliyə böyük addım atılıb:

«Bu, təkcə məni deyil, mənim durumumdakı istənilən şəxsi heyrətləndirəcək sınaq idi. Bir il öncə qazanılan bu uğur sayəsində inanıram ki, bir neçə ildən sonra buna bənzər protez əlləri artıq satışda görə biləcəyik».

Ən son yazılan

XS
SM
MD
LG