Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

Gəncədə zibillikdən silah-sursat tapıldı


silah
silah
-
Fevralın 16-da Gəncə polis əməkdaşları məişət tullantıları olan ərazidən silah-sursat tapıblar.

DİN-in rəsmi saytında bildirilir ki, polislər F.Əliyev küçəsində zibillikdən 2 dənə “F-1” qumbara, 1 süngü-bıçaq, 1 patron darağı və 10 müxtəlif çaplı patron aşkar ediblər.

Polislər həm də Ə.Cəmil küçəsindəki zibillikdən nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng, “F-1” qumbarası və 4400 ədəd avtomat patron tapıblar.

Polisin şəhərin iki ayrı-ayrı hissəsindəki məişət tullantıları ərazisində silah-sursat tapması ilə bağlı digər detallar barədə məlumat verilməyib.
XS
SM
MD
LG