Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46
Almaniyanın kansleri Angela Merkelin Berlində Ukraynanın müxalifət liderləri ilə görüşəcəyi gözlənilir.

Arseniy Yatsenyukla Vitali Klitschko bazar günü Avropa Birliyindən maliyyə yardımı istəmək üçün Berlinə gedəcəklərini bəyan ediblər.Yatsenyuk nümayişçilər qarşısında çıxış edərkən bildirib ki, onlar Avropadan konkret iqtisadi tədbirlər paketi gözləyirlər.O həmçinin qeyd edib ki, onlar Ukraynaya qaerşı viza rejiminin götürülməsini istəyirlər.

Hökumət nümayişçilərə qarşı elan edilmiş amnistiyanın bazar ertəsindən həyata keçiriləcəyini vəd edib.Müxalifət liderlərindən biri Oleh Tyahnybok bildirib ki, onlar baş prokurorluqdan rəsmi qərar gözləyirlər, əks halda etirazlar bərpa oluna bilər.

3 aydır ki, Ukraynada hökumət əleyhinə nümayişlər keçirilir. Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub və bu sonda bu günlkərdə hökumətin istefası ilə nəticələndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG